Der Tagesspiegel - Niyə hərkəs Tbilisiyə getmək istəyir
Der Tagesspiegel - Niyə hərkəs Tbilisiyə getmək istəyir

Niyə hərkəs Tbilisiyə getmək istəyir? – bu başlıqla məqaləyi alman Der Tagesspiegel nəşriyyatı yayır.

Məqalənin müəllifi Tbilisiyi 1990-cı ilin Almaniyası ilə müqayisə edir.

Onun dediyinə görə, Tbilisi bugün Sovet İttifaqı dövrünə aid bütün stereotipləri yox edir.

“Misal üçün, “Stamba” mehmanxanasını götürək. Bu məkan Gürcüstan haqqında – sovet büstləri, korrupsiya, Rusiya ilə müharibə, separatçılıq münaqişələri, avtoritar iqtidar, Rusiya tərəfindən nəzarət edilən ərazilər, oliqarxlar və yerindən tərpənməyən iqtisadiyyat kimi  bütün stereotipləri yox edir.

Vaxt keçir və bugün Berlində, Noikel və Kaitsberq rayonlarının barlarında çoxları deyirlər ki, Gürcüstanda nələrsə baş verir, xüsusi ilə də Tbilisidə – bir milyonluq əhalisi olan şəhərdə, hansı ki, Qara Dəniz və Kaspi Dənizləri arasında yerləşir. Dostumuzun dostu Tbilisidə olub və oradaki dəli klublar, qəribə insanlar, gözəl insanlar və sənətkarlar haqqında maraqlı hadisdələr danışır. 1990-cı ilin Berlini də belə idi. Bu hekayələri dinləyirik və hərkəs Tbilisiyə getmək istəyir, – yazır Der Tagesspiegel.

Məqalənin müəllifinin dediyinə görə, Tbilisi yeni turist istiqamətlərini axtaran xarici turistləri gözləyir, xüsusi ilə fə “kosmopolit həyat tərzini xarici ortamla birləşdirənləri”.

Publikasiyanın müəllifi Tbilisidəki klublardan və barlardan başqa, turistlərin yığıldığı yerləri də təsvir edir. Onların arasında “Fabrika” da var, harayı “hipsterlərin oazisi” adlandırır.

“Fabrika Tbilisili diceylərin yığıldığı yerdir, harda burgerlər və soyuq pivə Berlindən dəfələrlə ucuzdur. Gözəl havalar Gürcüstanda oktyabra qədər olur, ona görə də indi hamı buradadır” – yazır məqalənin müəllifi.