Deputat Maya Menağarişvilinin bəyan etdiyinə görə, Tea Sulukianinin Mədəniyyət naziri təyin edilməsi planlaşdırılır
Deputat Maya Menağarişvilinin bəyan etdiyinə görə, Tea Sulukianinin Mədəniyyət naziri təyin edilməsi planlaşdırılır

Parlament çoxluğunun deputatı, Maya Menağarişvilinin bəyan etdiyinə görə, onun məlumatına əsasən, Tea Sulukianinin Mədəniyyət naziri vəzifəsinə təyin edilməsi planlaşdırılır.

“Bildiyim qədər, planlaşdırılır”, – Menağarişvili jurnalistin qeyd olunan məsələ ilə bağlı sualına cavab verdi.

Bununla yanaşı, Tea Sulukiani Parlamentdə Təhsil, Elm və Mədəniyyət Komitəsinə rəhbərlik edir.

Gürcüstanın baş naziri, Giorgi Qaxariya hökumətə etimadın elan edilməsi məsələsi üzrə keçirilən Parlamentin iclasında ötən ilin 24 dekabrında bəyan etdi ki, Mədəniyyət Nazirliyinin ayrıca ayrılması məsələsi barəsində çox müzakirə apardılar və qərar qəbul olunubdur. Baş nazirin qeyd etdiyinə görə, bu proses hüquqi prosedurlardan asılıdır. Qaxariyanın dediyinə görə, düşünür ki, proses fevraldan o yana keçməyəcək.