"Demokratlar" Trampın impiçmenti ilə bağlı hesabatı ictimailəşdirdilər
"Demokratlar" Trampın impiçmenti ilə bağlı hesabatı ictimailəşdirdilər

“Demokratlar” Donald Trampın impiçmenti ilə bağlı hesabatı ictimailəşdirdilər.

Sənədi nümayəndələr palatasının kəşviyyat komitəsi yaydı.

300 səhifəlik hesabatda deyilir ki, Tramp öz vəzifəsindən suistifadə edirdi və 2020-ci ilin prezident seçkilərinə də təsir etməyə çalışırdı.

Bununla yanaşı, Trampın opponentləri bəyan edirlər ki, o ABŞ tarixində ilk prezidentdir, hansı ki, impiçment proseduru çərçivəsində başladılan istintaqa mane olmağa çalışdı.

Hesabatda deyilir ki, Tramp öz siyasi maraqlarını milli maraqlardan üstün tutur.

CNN-in verdiyi məlumata görə, komitə tərəfindən yayılan sənəddə Trampın impiçmenti ilə bağlı rekomendasiya yazılmayıb və vurğulanır ki, son qərarı konqres verməlidir.

ABŞ prezidentinin impiçment prosedurunu “Demokratlar” sentyabr ayında başlatdılar.

Bunun səbəbi isə, Tramp və Ukrayna prezidenti arasındaki telefon söhbəti oldu, hansında Tramp Ukraynalı həmkarından, opponenti olan Co Baidenə qarşı istintaqın başladılmasını tələb edirdi.

İmpiçmentlə bağlı iclaslar bu gündən başlayacaq. Bəyaz Ev isə, bu prosesdə iştirak etməkdən imtina edir.