Dekabrın 2-də Gürcüstan-Estoniya Qadın Sahibkarlar Forumu keçiriləcək
Dekabrın 2-də Gürcüstan-Estoniya Qadın Sahibkarlar Forumu keçiriləcək

Dekabrın 2-də Gürcüstan-Estoniya Qadın Sahibkarlar Forumu keçiriləcək. Müvafiq məlumat Estoniya Ticarət və Sənaye Palatası tərəfindən yayılır. Tədbir Estoniya Ticarət və Sənaye Palatası tərəfindən Gürcüstanın Ticarət və Sənaye Palatası ilə sıx əməkdaşlıq çərçivəsində keçiriləcək.

Forum Gürcüstanda Qadın Sahibkarların İnkişafı Proqramı çərçivəsində keçirilir. Bu proqram Estoniya İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən Gürcüstan və Estoniyanın Ticarət və Sənaye Palataları arasında əməkdaşlıq layihəsidir.

Forum çərçivəsində estoniyalı və gürcü qadın sahibkarlar Gürcüstan, Estoniya və digər ölkələrdə qadınları ruhlandırmaq üçün öz biznes hekayələrini bölüşəcəklər.