Dekabrın 1-dən yaşıl pasport aktivləşdiriləcək
Dekabrın 1-dən yaşıl pasport aktivləşdiriləcək

Dekabrın 1-dən yaşıl pasport aktivləşdiriləcək, – bu barədə Gürcüstanın baş naziri İrakli Ğaribaşvili hökumət administrasiyasında keçirdiyi brifinqdə bildirib.

Onun sözlərinə görə, əgər şəxs tam peyvənd olunubsa, yəni iki dəfə peyvənd olunubsa, 72 saatlıq etibarlılıq “PCR” testindən keçibsə, 24 saat etibarlılıq antigen testindən keçibsə və ya koronavirusa yoluxubsa, yaşıl statusa malikdir.

“Dekabrın 1-dən yaşıl pasport konsepsiyasına start veriləcək və onun ərazisi genişləndiriləcək. Yaşıl pasport nə deməkdir. Bir şəxs iki dəfə tam peyvənd olunubsa, 72 saatlıq etibarlılıq PCR testindən və ya 24 saatlıq etibarlılıq antigen testindən keçibsə və ya koronavirusa yoluxubsa, yaşıl statusa malikdir.

Bir izahat vermək istərdim, belə bir fikir var idi ki, Koronavirus keçirən şəxslərə altı aylıq məhdudiyyət qoyulmalıdır, amma mənim tövsiyəm bu məhdudiyyətin aradan qaldırılması idi və şura da təklifimi bölüşdü. Beləliklə, koronavirusa yoluxmuş şəxs yaşıl statusa sahib olacaq.

Yaşıl pasport tələbi 18 yaşdan yuxarı vətəndaşlara, eləcə də turistlərə təsir edəcək”, – İrakli Ğaribaşvili bildirib.