Daxili işlər naziri Giorgi Qaxariyanın təyin olunması mümkündür
Daxili işlər naziri Giorgi Qaxariyanın təyin olunması mümkündür

Gürcüstan Daxili İşlər naziri Giorgi Qaxariyanın təyin olunması mümkündür.

Bu haqqda məlumat Birinci Kanal üçün az öncə məlum oldu.

Giorgi Qaxariya bu vəzifədə Girgi Mğebrişvilini əvəz edəcək.

O ki, qaldı iqtisadiyyat nəziri vəzifəsində Giorgi Qaxariyanın əvəzedicisinə, bu vəzifəyə güman edildiyinə görə, maliyyə naziri Dimitri Kumsişvili qayıdacaq.

Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili  hökumətdə miqyaslı struktur və kadr dəyişiklikləri haqqında sabah bəyanat verəcək.

Bu haqqda Birinci Kanal üçün məlum oldu.

Bu vaxta qədər mövcud olan məlumata görə, bir neçə nazirliyin biləşdirilməsi planlaşdırılır. 18 nazirlik əvəzinə 13 nazirlik olacaq.

Bununla yanaşı yeniləşdirilmiş tərkibdə iki yeni nazir olacaq, nazirlər kabinetinin başqa üzvləri isə yerlərini dəyişəcəklər.