Davit Zalkaniani - İşğal edilmiş ərazilərdə gömrük-keçid məntəqələrinin açılması ilə bağlı məlumat yalandır
Davit Zalkaniani - İşğal edilmiş ərazilərdə gömrük-keçid məntəqələrinin açılması ilə bağlı məlumat yalandır

Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani bəyan edir ki, işğal edilmiş ərazilərdə keçid-gömrük məntəqələrinin açılması ilə bağlı yayılan məlumat yalandır.

Nazirin bəyanatını idarənin mətbuat xidməti yayır.

Davit Zalkaniani rus medyasında, Gürcüstanın işğal edilmiş ərazilərində keçid-gömrük məntəqələrinin açılması ilə bağlı yayılan məlumata cavab olaraq, bəyanat yaydı.

“Bu rus medyası tərəfindən yayılan növbəti dezinformasiyadır və iqtidarımızın opponenetləri bu dezinformasiyayı dəstəkləyirlər. Yayılan məlumatın həqiqətlə heç bir əlaqəsi yoxdur dedi” – Xarici İşlər Naziri.

Yüklərin gömrük monitorinqi mövzusu ilə bağlı sabah Cenevrədə gürcü-rus-isveç birgə komisiyasının ilk işgüzar görüşü keçiriləcək.

Gürcü tərəfindən görüşdə gəlirlər xidmətinin, Xarici İşlər Nazirliyinin, Daxili İşlər Nazirliyinin və Ədliyyə Nazirliyinin nümayəndələri iştirak edəcəklər.