Davit Zalkaniani - Heç bir sanksiya gözləmirik, demokratik islahatlar ardıcıllığını qoruyaraq, davam edir
Davit Zalkaniani - Heç bir sanksiya gözləmirik, demokratik islahatlar ardıcıllığını qoruyaraq, davam edir

Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaniani bəyan edir ki, XİN olaraq, Avroparlamentdən hərhansı növ sanksiyalar gözləmirlər, çünki Gürcüstan öz konstitusiyasında olan xarici prioritetlərinin ardıcıllığını qorumağa davam edir.

“Heç bir sanksiya gözləmirik, demokratik islahatlar ardıcıllığını qoruyaraq, davam edir. Həmçinin, institutlarımızı gücləndirməyə də davam edirik” – dedi Zalkaniani.

Zalkanianinin dediyinə görə, Gürcüstanda mütləq ATƏT standartlarına müvafiq olan demokratik, şəffaf seçkilər keçiriləcək.

Avroparlamentdə keçirilən debatlara gəlincə isə, nazirin dediyinə görə, onların əsas məqsədi Avroparlamentə işğal edilmiş arazilərdə mövcud olan vəziyyətlə tanış olmaq idi və bu haqda detallı məlumat aldılar.

Avropa Xalq Partiyasının nümayəndələrinin sualları ilə bağlı isə, Zalkaniani qeyd etdi ki, gürcü tərəfi onlara gərəkli məlumatı verəcəkdi, ancaq Gürcüstan nümayəndələrinə yetərli qədər vaxt verilmədi.

Zalkaniani deyir ki, Avroparlamentlə daimi komunikasiya olmalıdır ki, onlara Gürcüstanda baş verən proseslərlə bağlı düzgün məlumat verilsin.