Davit Zalkaliani Yens Stoltenberqlə görüşəcək
Davit Zalkaliani Yens Stoltenberqlə görüşəcək

 

Yanvarın 17-18-də vitse-baş nazir, xarici işlər naziri Davit Zalkaliani Brüsselə səfər edəcək, NATO-nun baş-qərargahında və Avropa İttifaqında görüşlər keçirəcək. Bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayır.

Səfər çərçivəsində xarici işlər naziri Davit Zalkaliani NATO-nun baş katibi Yens Stoltenberq ilə ikitərəfli görüş keçirəcək. Həmin gün NATO-ya üzv ölkələrin səfirləri ilə qeyri-rəsmi görüş keçiriləcək.

Xarici İşlər Nazirliyinin yaydığı məlumatına görə, görüşlərin əsas məqsədi NATO ilə Rusiya Federasiyası arasında təhlükəsizlik məsələləri üzrə başladılan dialoq çərçivəsində müttəfiqlərlə məsləhətləşmələrin aparılmasıdır. Görüşlərdə NATO-Gürcüstan əməkdaşlığının dinamikası və Avro-Atlantik məkanda mürəkkəb təhlükəsizlik mühiti də müzakirə olunacaq.

Bu ilin əvvəlindəcə NATO-nun baş qərargahına yüksək səviyyəli səfər NATO ilə Gürcüstan arasında xüsusi münasibətlərin daha bir sübutudur və aspirant Gürcüstanın NATO-nun gündəmində xüsusi yer tutduğu faktını vurğulayır.