Davit Zalkaliani rəsmi səfərlə Türkiyədədir
Davit Zalkaliani rəsmi səfərlə Türkiyədədir

Vitse-premyer və Gürcüstanın Xarici İşlər Naziri Davit Zalkaliani rəsmi səfərlə Türkiyədədir.

Bu haqda məlumatı Xarici İşlər Nazirliyi yayır.

Səfər zamanı Xarici İşlər Naziri türk həmkarı Mevlut Çavuşoğlu ilə üz-bə-üz və həmçinin geniş formatlı görüşlər keçirəcək.

Görüşlərdən sonra isə, medya üçün bəyanatlar veriləcək.

Səfər çərçivəsində, Davit Zalkaliani Türkiyənin vitse-prezidenti Fuat Oktayla da görüşəcək.

Daha sonra isə, Davit Zalkaliani Mustafa Kemal Atatürkün məzarına əklil qoyacaq.