Davit Zalkaliani Mevlut Çavuşoğlu ilə görüşdü
Davit Zalkaliani Mevlut Çavuşoğlu ilə görüşdü

Gürcüstanın vitse-premyeri və Xarici İşlər Naziri Davit Zalkaliani Türkiyə Respublikasına rəsmi səfər çərçivəsində, türk həmkarı Mevlut Çavuşoğlu ilə görüşdü.

Görüş həm qapalı, həm də açıq formatda keçirldi.

Davit Zalkalianinni dediyinə görə, Türkiyə və Gürcüstan münasibətləri üçün çox əhəmiyyətli bir müddətdir və hər iki tərəfin koordinasiyası və region kontekstində bəzi məsələlərlə bağlı razılaşması lazımdır.

“Bildiyiniz kimi, Türkiyə Gürcüstanın avro-atlantik kursunun və əraziyi bütövlüyünün ən güclü dəstəkçilərindən biridir.  Bununla yanaşı, o bizim əsas strateji və ticari partnyorumuzdur”, – dedi Zavit Zalkaliani.

Zalkalianinin dediyinə görə, əsas müzakirə mövzusu regionun təhlükəsizlik məsələləridir.

Onun dediyinə görə, həmçinin, qlobal pandemiya mövzusu və bu müddətdə Türkiyənin Gürcüstana verdiyi dəstək də müzakirə olundu.