Davit Usupaşvili - Birinci Kanalın prezident namizədləri arasında keçirilən debatlarla bağlı təşəbbüsünü salamlayırıq
Davit Usupaşvili - Birinci Kanalın prezident namizədləri arasında keçirilən debatlarla bağlı təşəbbüsünü salamlayırıq

Birinci Kanalın prezident namizədləri arasında keçirilən debatlarla bağlı təşəbbüsünü salamlayırıq, çünki bu təşəbbüs namizədlərə özlərini təqdim etmək üçün daha artıq imkan yaradır, – bu barədə bəyanatı “Tikinti (Şeneba) hərəkatının” lideri və prezidentliyə namizədi Davit Usupaşvili verdi.

“Digər televiziyalar debatları ya heç keçirmək istəmirlər, ya da, öz favorit namizədlərinə daha çox imkan verirlər. Bu baxımdan Birinci Kanalın təşəbbüsünü salamlayıram.

Mən debatlara hazıram, ancaq iqtidarın dəstəklədiyi namizəd mənim üçün daha maraqlıdır və xanım Salome Zurabişviliyi debatlarda iştirak etməyə dəvət edirəm.

Müxalifət namimzədlərinə gəlincə isə, mənim üçün heç biri ilə oturub danışmaq problem deyil, ancaq bunun üçün onlarla daha əvvəl razılaşmalıyıq” – dedi Davit Usupaşvili.

Xatırladaq ki, Birinci Kanal bütün prezdent namizədlərinə eyni efir vaxtı ayırır.

Oktyabrın 28-ə qədər, ictimai Televiziyanın tamaşaçılarına prezident namizədlərini efir vasitəsi ilə daha yaxşı tanımağa imkan veriləcək.