Davit Sergeenko - Vəzifədən getməyim öz təşəbbüsüm idi
Davit Sergeenko - Vəzifədən getməyim öz təşəbbüsüm idi

Gürcüstanın Səhiyyə Naziri Davit Sergeenkonun bəyanatına görə, vəzifədən getməyi onun öz təşəbbüsü ilə oldu.

İstefa edən Sergeenkonun dediyinə görə, Səhiyyə Naziri vəzifəsinə Ekaterine Tikaradzenin namizədliyininə o rekomendasiya verdi.

“Uzun sürən məsləhətləşmələr nəticəsində, biz qərar verdik ki, belə bir dəyişiklik daha yaxşı nəticə göstərəcək. Eka xanımla on ildən artıq əməkdaşlıq təcrübəmiz var və onun namizədliyinə də mən rekomendasiya verdim” – dedi Davit Sergeenko.

Sergeenkonun dediyinə görə, o inanır ki, səhiyyə sahəsindəki islahatlar belə daha yaxşı həyata keçiriləcək.

Xatırladaq ki, yeni Səhiyyə naziri olaraq, baş nazir Mamuka Baxtadze Ekaterine Tikaradzeyi təyin etdi.