Davit Sergeenko - Pensiyaların 400 lariyə qədər artması deməkdir ki, bütün dövlət institutlarının fəaliyyəti dağılacaq
Davit Sergeenko - Pensiyaların 400 lariyə qədər artması deməkdir ki, bütün dövlət institutlarının fəaliyyəti dağılacaq

Pensiyaların 400 lariyə qədər qaldırılması deməkdir ki, bundan sonra, dövlət xidmətlərinin və dövlət institutlarının fəaliyyəti başa çatacaq, – bu  barədə bəyanatı Gürcüstanın Səhiyyə Naziri Davit Sergeenko, pensyaların 400 lari ola biləcəyi haqqında sullara cavab olaraq, verdi.

David Sergeenko qeyd etdi ki, pensiyanın 400 lariyə qədər artırılması haqqında vədlər tamamən qeyri-realdır.

“Pensiyaların 400 lari olması, deməkdir ki, 2019-cu ilin büdcəsindən 1,9 milyard lari ayrılacaq. Bu qədər məbləğin ayrılması da deməkdir ki, heç bir dövlət xidməti və dövlət institutu maliyyələşdirilməyəcək” – dedi David Sergeenko.