Davit Bakradze - Parlamentin ilk iclas günü genişmiqyaslı aksiya keçirməyəcəyik, ancaq, simvolik etiraz aksiyası olacaq
Davit Bakradze - Parlamentin ilk iclas günü genişmiqyaslı aksiya keçirməyəcəyik, ancaq, simvolik etiraz aksiyası olacaq

Gürcüstan parlamentinin ilk iclas günü genişmiqyaslı etiraz aksiyası keçirilməyəcək.

Bu haqda qərar müxalifətin keçirdiyi toplantıda verildi.

“Avropa Gürcüstanının” liderlərindən biri olan Davit Bakradze bəyan etdi ki, müxalifətin bugünki toplantısında, parlamentin ilk iclas günü üçün hazırlanan etiraz tədbirlər müzakirə olundu.

“Biz qərar verdik ki, ölkədə yaranan epidemioloji vəziyyəti nəzərə alaraq, bu mərhələdə genişmiqyaslı aksiyalar keçirməkdən baş qaçırdacağıq. Ancaq, parlamentin ilk iclas günü simvolik etiraz aksiyamız olacaq və saxtalaşdırılmış seçkilər nəticəsində bir partiyalı parlamentin seçildiyini bir daha vurğulayacağıq” – dedi Davit Bakradze.

Bakradzenin dediyinə görə, parlamentin ilk iclasına paralel olaraq, müxalifət toplantısı da keçiriləcək, harda müxalifət liderləri üç müxtəlif sənədi imzalayacaqlar.