David Zilpimiani - Parlamentin istintaq komissiyasının işinə mütləq qoşulacağıq
David Zilpimiani - Parlamentin istintaq komissiyasının işinə mütləq qoşulacağıq

Parlamentin istintaq komissiyasının işinə mütləq qoşulacağıq, – bu barədə Parlament müxalifətinin nümayəndəsi, “Avropalı Sosialistlər” partiyasının üzvü, David Zilpimiani bəyan etdi.

David Zilpimianinin qeyd etdiyinə görə, seçkilərin saxtalaşdırlması barəsində bu qədər söhbət var, faktiki hallar da müəyyənləşdirilməlidir.

“Parlamentin istintaq komissiyasının işinə mütləq qoşulacağıq. Ola bilsin hər dördümüz qatılmayaq, lakin qərar verəcəyik ki, qrupumuzdan komissiyada kim təqdim olunacaq. Bizim üçün əlçatarlı həqiqəti mütləq deyəcəyik. Çünki, seçkilərin saxtalaşdırlması barəsində bu qədər söhbət var, faktiki hallar da müəyyənləşdirilməlidir”, – Zilpimiani bəyan etdi.

Gürcüstan Parlamentinin vitse-spikeri, Kaxa Kuçava bu gün bəyan etdi ki, müxalifət nümayəndələrini istintaq komissiyasına qoşulmağa çağırır, faktlarla ittihamları təsdiq etsinlər ya da ictimaiyyətdən üzr istəsinlər.