David Zalkaniani - Ölkənin təhlükəsizliyi ilə bağlı hərhansı manipulyasiya və spekulyasiya qeyri-məqbuldur
David Zalkaniani - Ölkənin təhlükəsizliyi ilə bağlı hərhansı manipulyasiya və spekulyasiya qeyri-məqbuldur

24 saatlıq rejimdə, işğal xəttinə və Rusiya Federasiyası tərəfindən edilən qeyri-qanuni hərəkətlərə diqqət yetiririk və bundan irəli gələrək, hər bir qanunsuzluğa dərhal reaksiya veririk, – bu bəyanatı Gürcüstanın Xarici İşlər Naziri David Zalkaniani verdi.

Onun dediyinə görə, qeyd olunan məsələ ilə bağlı Avropa İttifaqının Müşahidəçilik Missiyası ilə də daimi komunikasiyada idi

“Mövcud olan ağır vəziyyətdə, bənzər manipulyasiyalar və spekulyasiyalar qeyri-məqbuldur, çünki ölkəmizin təhlükəsizliyindən bəhs edirik. İşğal xəttinin digər tərəfində də vətəndaşlarımız yaşayır və hər bir sözümüzün xüsusi mənası var.

Düşünmədən yalan bəyanatlar verən insanlara müraciət etmək istəyirəm ki, onlar tərəfindən ictimaiyyəti səhvə salmağın çox ağır nəticələri ola bilər” – dedi Davit Zalkaniani.