David Zalkaliani Vaşinqtona səfər edəcək
David Zalkaliani Vaşinqtona səfər edəcək

Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani 4-7 fevralda Vaşinqtona səfər edəcək.

Gürcüstanın Birinci Kanalına Xarici İşlər Nazirliyindən bildirdiklərinə görə, Zalkaliani ABŞ-ın dövlət katibi, Mayk Pompeonun dəvəti ilə, din azadlığı koalisiyasının üzv ölkələrinin Xarici İşlər nazirlərinin görüşündə iştirak edəcək.

Səfər çərçivəsində, David Zalkaliani Dövlət Departamentində, Konqressdə, həmçinin ekspert dairələri ilə görüşlər keçirəcək.