David Zalkaliani "Şərq Partnyorluğunun" on illik yubileyi ilə bağlı Stokholmun ministerialında iştirak edəcək
David Zalkaliani "Şərq Partnyorluğunun" on illik yubileyi ilə bağlı Stokholmun ministerialında iştirak edəcək

Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani rəsmi səfərlə İsveç Krallığındadır. Səfər çərçivəsində nazir “Şərq Partnyorluğunun” on illik yubileyi ilə bağlı Stokholmun ministerialında iştirak edəcək.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, ministerialda “Şərq Partnyorluğu” ölkələrinin Xarici İşlər nazirləri iştirak edəcəklər.

İsveç Krallığına səfər zamanı David Zalkaliani İsveç Xarici İşlər naziri En Linde; Avropa İttifaqı işləri üzrə nazirin dövlət katibi, Paula Karvalo Olovson; Ədliyyə və Miqrasiya naziri Morqan Yohanson və Müdafiə naziri Piter Haltkvist ilə ikitərəfli görüş keçirəcək.

Həmçinin nazirin gürcü diasporu ilə görüşü planlaşdırılıb.