David Zalkaliani - seçkilərin təxirə salınması və ya başqa müddətlərdə keçirilməsi müzakirə olunmur
David Zalkaliani - seçkilərin təxirə salınması və ya başqa müddətlərdə keçirilməsi müzakirə olunmur

Gürcüstan Xarici İşlər naziri, David Zalkalianinin dediyinə görə, ölkədə seçkilərin təxirə salınması müzakirə olunmur və səsvermə prosesi elan edildiyi kimi, 31 oktyabrda keçiriləcək.

“Seçkilərin təxirə salınması heç cür müzakirə olunmur. Səsvermə prosesi elan edildiyi kimi, 31 oktyabrda keçiriləcək. Biz, hakimiyyət hər şeyi edəcəyik ki, həmin müddətlərdə seçkilərin yüksək standartlarla keçirilməsi ilə bağlı müvafiq mühit təmin olunsun. Beləliklə, seçkilərin təxirə salınması və ya başqa hansısa müddətlərdə keçirilməsi müzakirə olunmur”, – Zalkaliani bəyan etdi.