David Zalkaliani Ququtiantkaridə yaranmış durumu ATƏT-in sədri ilə müzakirə etdi
David Zalkaliani Ququtiantkaridə yaranmış durumu ATƏT-in sədri ilə müzakirə etdi

Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani Ququtiantkaridə yaranmış durumu, işğal qüvvələri nümayəndələri tərəfindən baryerlərin qanunsuz ucaldılması məsələsinin ATƏT-in sədri ilə, Miroslav Layçek ilə müzakirə etdi. Bu barədə məlumatı Gürcüstan Xarici İşlər Nazirliyi yayır.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, David Zalkaliani işğal xəttində artmış təxribatlar barəsində ətraflı məlumat ötürdü.

Telefon söhbəti zamanı nazir qeyd etdi ki, Ququtiantkaridə suni baryerlərin ucaldılmasına paralel olaraq, işğal qüvvələri nümayəndələri tərəfindən Gürcüstan vətəndaşlarının qaçırılması və qanunsuz yaxalanmasının davam etdirilməsi, təhlükəsizlik və humatitar baxımından onsuz da ağır olan durumu daha da ağırlaşdırır.

Nazir Miroslav Layçekə müraciət etdi ki, bütün beynəlxlq berketləri işə salsın.

Şərh yaz