David Zalkaliani - NATO-nun Xarici İşlər ministerialı çərçivəsində planlaşdırılmış görüş təsdiq edir ki, NATO-nun gündəmində Gürcüstan nə qədər əhəmiyyətli yer tutur
David Zalkaliani - NATO-nun Xarici İşlər ministerialı çərçivəsində planlaşdırılmış görüş təsdiq edir ki, NATO-nun gündəmində Gürcüstan nə qədər əhəmiyyətli yer tutur

NATO-nun Xarici İşlər ministerialı çərçivəsində planlaşdırılmış görüş təsdiq edir ki, NATO-nun gündəmində Gürcüstan nə qədər əhəmiyyətli yer tutur, – bu barədə Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani Brüsseldə bəyan etdi.

“Əhəmiyytlidir ki, bu ministerialdə ilk dəfə Gürcüstan və Ukrayna ilə ayrıca görüş keçiriləcək. Görüş, bölgə təhlükəsizliyi kontekstinə istiqamətləndirilmiş olacaq. Qara Dəniz təhlükəsizliyi məsələsinə xüsusi diqqət ayrılacaq. NATO-nun öncəki sammitində bizim önəmli nəticələrimiz var idi”, – Zalkaliani bəyan etdi.

Gürcüstan Xarici İşlər nazirinin məlumatına görə, görüşdə Gürcüstanın avroatlantik strukturlarına inteqrasıyası prosesi ilə bağlı məsələlər müzakirə olunacaq.

Onun dediyinə görə, görüşdə NATO partnyorlarının diqqəti Gürcüstanın işğal olunmuş bölgələrində yaranmış duruma və Gürcüstan hökumətinin sülh təşəbbüsünə cəlb olunacaq.

Gürcüstan Xarici İşlər naziri David Zalkalini Brüsseldədir. Qeyd olunasıdır ki, Brüsseldə, NATO-nun baş qərargahında Şimali Atlantik Aliyansının Xarici İşlər ministerialı açılacaq. Ministerial çərçivəsində elə bu gün Şimali Atlantik Şurasının (NAC) Gürcüstan və Ukrayna Xarici İşlər nazirləri ilə görüşü keçiriləcək.

Şərh yaz