David Zalkaliani - Münhen Təhlükəsizlik Konfransında, ərazilərimizin işğalı ilə bağlı olan Gürcüstanın əsas çağırışı barəsində fəal söhbət gedirdi
David Zalkaliani - Münhen Təhlükəsizlik Konfransında, ərazilərimizin işğalı ilə bağlı olan Gürcüstanın əsas çağırışı barəsində fəal söhbət gedirdi

56-cı Münhen Təhlükəsizlik Konfransı çərçivəsində ABŞ dövlət katibi, Türkiyə Xarici İşlər naziri, konfransın təşkilatçısı tərəfindən açılış nitqində Gürcüstan xatırladıldı, – bu barədə Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani Münhen Təhlükəsizlik Konfransında gürcü nümayəndə heyətinin iştirakını yekunlaşdırarkən bəyan etdi.

David Zalkalianinin dediyinə görə, Münhen Təhlükəsizlik Konfransında, ərazilərimizin işğalı ilə bağlı olan Gürcüstanın əsas çağırışı barəsində fəal söhbət gedirdi.

O, Gürcüstanın baş naziri və Amerika müdafiə katibinin görüşünə bir daha yüksək dəyərləndirmə verdi.

Konfrans çərçivəsində üç assosiyasiyalaşdırılmış ölkənin Xairici İşlər naziri Şərq Partnyorluğu üçün artırılmış maliyyə yardımının ayrılması barəsində birgə məktubla Avropa İttifaqına müraciət etdi.

Gürcüstan nümayəndə heyəti, baş nazirin rəhbərliyi ilə Münhen Təhlükəsizlik Konfransında iştirak edirdi. 14-16 fevralda konfrans çərçivəsində görüşləri Gürcüstan Xarici İşlər və Müdafiə naziri keçirirdilər.