David Zalkaliani Lüksemburqda "Şərq Partnyorluğu" xarici işlər ministerialında iştirak edəcək
David Zalkaliani Lüksemburqda "Şərq Partnyorluğu" xarici işlər ministerialında iştirak edəcək

Gürcüstanın xarici işlər naziri, David Zalkaliani bu gün Lüksemburqda “Şərq Partnyorluğu” xarici işlər ministerialında iştirak edəcək.

Görüş, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti, Federika Moqerini və Avropa Qonşuluq və Genişləndirmə məsələləri üzrə avrokomissarı Yohanes Hannın iştirakı ilə keçiriləcək. Görüşdə həmçinin Avropa İttifaqının və “Şərq Partnyorluğunun” üzv ölkələri nümayəndələri iştirak edəcəklər.

Görüş çərçivəsində tərəflər əməkdaşlığın sonrakı dərinləşdirilməsi yolları və gələcək perspektivlər barəsində müzakirələr aparacaqlar.

Oktyabrın 16-da Gürcüstanın xarici işlər nazirinin Brüsselə səfəri baş tutacaq. Burada Avropa parlamentarları ilə görüşlər planlaşdırılıb.