David Zalkaliani Lietuva Respublikasına səfər edəcək
David Zalkaliani Lietuva Respublikasına səfər edəcək

Yanvarın 19-21-də Gürcüstanın baş nazirinin müavini və xarici işlər naziri Davit Zalkaliani Lietuva Respublikasına rəsmi səfər edəcək.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, səfər çərçivəsində xarici işlər naziri Litva Respublikasının Prezidenti Qitana Nauseda, Seymin sədri Viktoria Smilite-Nielsent və xarici işlər naziri Qabrielius Landsberq ilə görüşlər keçirəcək.

Xarici işlər naziri Litvaya səfəri zamanı nümayəndə heyətinin üzvləri ilə birlikdə müstəqillik uğrunda mübarizədə həlak olanların xatirəsini ehtiramla yad edəcək, Litvaya mühacirət etmiş gürcü zabiti Datiko Maçavarianinin məzarı önünə əklil qoyacaq.