David Zalkaliani - işğal olunmuş ərazilərdə mövcud duruma beynəlxalq ictimaiyyətin dönmədən münasibəti lazımdır
David Zalkaliani - işğal olunmuş ərazilərdə mövcud duruma beynəlxalq ictimaiyyətin dönmədən münasibəti lazımdır

Gürcüstan Xarici İşlər nazirinin birinci müavini, David Zalkaliani Avropa Şurası nazirlər müavinləri komitəsinin icalasında Gürcüstanın işğal olunmuş ərazilərində yaranmış ağır durumu müzakirə etdi. David Zalkaliani komitənin 1314-cü iclasında nitqlə çıxış etdi. Burada baş katibin “Gürcüstanda münaqişə” hesabatını müzakirə etdilər.

David Zalkalian nitqlə çıxışında Gürcüstanın işğal olunmuş ərazilərində insan haqqları baxımından yaranmış ağır duruma xüsisi diqqət yetirdi. Xüsusi olaraq Arçil Tatunaşvilinin və Qiqa Otxozoriyanın məsələsi qeyd olundu.

Xarici İşlər nazirinin birinci müavini həmçinin Rusiya tərəfindən işğal olunan Abxaziya və Sxinvali bölgəsi ilə imzalanan üzdəniraq müqaviləyə, borderləşdirmə prossesinə, qanunsuz yaxalamalar faktlarına, Suxumi və Axalqoridə gömrük məntəqələrinin açılışına, Abxaziya və Sxinvali bölgəsində diskriminasiyaya, Eredvi kəndində gürcülərin şəxsi mülkiyyətinin dağıdılmasına, doğma dilində təhsilin məhdudlaşdırılmasına xüsusi diqqət yetirdi.

Onun dediyinə görə, mövcud duruma beynəlxalq ictimaiyyətin dönmədən münasibəti və Avropa Şurası müşahidəçilər missiyasının işğal olunmuş ərazilərə daxil oması lazımdır