David Zalkaliani - işğal olunmuş ərazilərdə durum pisləşdi, təəssüflər ki, faktiki aneksiya və işğal prosesi davam edir
David Zalkaliani - işğal olunmuş ərazilərdə durum pisləşdi, təəssüflər ki, faktiki aneksiya və işğal prosesi davam edir

İşğal olunmuş ərazilərdə durum pisləşdi, təəssüflər ki, faktiki aneksiya və işğal prosesi davam edir, –  bu barədə Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani bu gün Strasburqda, Avropa Şurası Parlament Assambleyasında nitqlə çıxış etdikdən sonra jurnalistlərin suallarına cavab verərkən bəyan etdi.

Zalkaliani gürcü həkimi, Vaja Qaprindaşvilinin məsələsi barəsində də söhbət etdi.

“Tikanlı məftillərin və süni baryerlərin quraşdırılması davam edir. İndi də, biz danışarkən, bu proses davam edir. Həmçinin yaxalama və qaçırmanın son hadisəsini xatırlamaq istəyirəm. Həkimi işğal xəttində pasienti zəyarət edərkən yaxaladılar. Yeganə alətimiz beynəlxalq ictimaiyyətin konsolidasiyasıdır.

İşğal olunmuş ərazilərin effektli nəzarətini həyata keçirən qüvvəyə təziqi artırmalıyıq. İşğal olunmuş ərazilərə əlçatarlılıq – bu daha bir önəmli çağırışdır. Bununla biz hər gün qarşılaşırıq. Son nümunə Sxinvali bölgəsinin Axalqori rayonudur. Burada bir daha beynəlxalq qanunvericiliyin fundamental prinsipləri – azad hərəkət etmə prinsipi pozuldu.

Bu çağırışla hər iki işğal olunmuş bölgədə qaşılaşırıq. Abxaziyada, Qali rayonunda, gürcülərə Gürcüstan vətəndaşlığına yox deməyə məcbur edirlər. Onların imkanları yoxdur ki, təhsili doğma dillərində alsınlar, təxirə salınmaz tibb xidmətindən istifadə etsinlər. Bunların hamısı 21-ci əsrdə baş verir və bu qəbuledilməzdir. Bunu hər bir beynəlxalq formatda müzakirə etməlidirlər. Bu qeyri qanuni fəallıqlara göz yummamalıyıq. Əks təqdirdə bu, işğal qüvvəni, Rusiyanı daha da həvəsləndirəcək”, – David Zalkaliani bəyan etdi.