David Zalkaliani İran Xarici İşlər nazirilə telefonla söhbət etdi
David Zalkaliani İran Xarici İşlər nazirilə telefonla söhbət etdi

Gürcüstanın baş nazir müavini, Xarici İşlər naziri, David Zalkaliani Gürcüstanda rəsmi səfərdə olan İran İslam Respublikasının Xarici İşlər naziri, Məhəmməd Cavad Zərif ilə telefonla söhbət etdi.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, David Zalkaliani İran İslam Respublikasının Xarici İşlər naziri, Məhəmməd Cavad Zərifin Gürcüstana səfərini alqışladı və təəssüfləndiyini ifadə etdi ki, sağlamlıq vəziyyətinə görə, şəxsən ona ev sahibliyi edə bilmədi.

“Nazirlər ölkələr arasında yaxşı qonşuluq əlaqələrini təsdiq etdilər və ümidvar olduqlarını ifadə etdilər ki, qeyd olunan səfər bu istiqamətlə məhsuldar olacaq. İran İslam Respublikasının Xarici İşlər naziri, David Zalkalianiyə tezliklə sağalmasını arzuladı. Nazir ümidvar olduğunu ifadə etdi ki, yaxın gələcəkdə görüşməyə yenə imkanları olacaq”, – Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatında deyilir.

Şərh yaz