David Zalkaliani - Gürcüstan çox addım atdı ki, Rusiyaya vəziyyətin deeskalasiyası üçün hazırlıq barəsində ismarıc göndərəydi, təəssüflər olsun ki, qarşılıqlı addımlar almadıq
David Zalkaliani - Gürcüstan çox addım atdı ki, Rusiyaya vəziyyətin deeskalasiyası üçün hazırlıq barəsində ismarıc göndərəydi, təəssüflər olsun ki, qarşılıqlı addımlar almadıq

İşğal olunmuş Abxaziyada qondarma seçkilərin ikinci turunun heç bir legitimasiyası ola bilməz və bu, Cenevrə danışıqlarına qoşulmuş bütün beynəlxalq aktlorlar tərəfindən edilən bəyanatlarla təsdiq olunur, –  bu barədə Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani bəyan etdi.

“Bu bir cəhddir ki, işğal olunmuş Abxaziya ərazisində milli soyqırımın legitimasiyası baş versin. Milli soyqırım beynəlxalq həmdostluq tərəfindən dəyərləndirilibdir. Sözsüz ki, işğal olunmuş Abxaziyada qondarma seçkilərin ikinci turunun heç bir legitimasiyası ola bilməz və bu, Cenevrə danışıqlarına qoşulmuş bütün beynəlxalq aktlorlar tərəfindən edilən bəyanatlarla təsdiq olunur.

Rusiya ilə əlaqələrdə dialoqun müxtəlif formatları mövcuddur. Bu gün biri Cenevrə danışıqlarıdır, ikincisi Abaşidze-Karasin formatıdır. Gürcüstan çox addım atdı ki, Rusiyaya vəziyyətin deeskalasiyası üçün hazırlıq barəsində ismarıc göndərəydi, təəssüflər olsun ki, qarşılıqlı addımlar almadıq”, – David Zalkaliani bəyan etdi.