David Zalkaliani - David Qareci ilə bağlı durum həll olunubdur, Azərbaycan hakimiyyəti qərar qəbul etdi ki, bağlı məntəqələri açsın
David Zalkaliani - David Qareci ilə bağlı durum həll olunubdur, Azərbaycan hakimiyyəti qərar qəbul etdi ki, bağlı məntəqələri açsın

David Qareci ilə bağlı durum həll olunubdur, – bu barədə Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani bəyan etdi.

David Zalkalianinin bəyan etdiyinə görə, Azərbaycan hakimiyyəti qərar qəbul etdi ki, bağlı məntəqələri açsın.

“Bu məlumatı eşidən kimi, azərbaycanlı həmkarlarımız ilə əlaqə yarandı. Həmkarım ilə söhbətim var idi. Durum hazırda həll olunub. Məlumatımıza görə, Azərbaycan hakimiyyəti qərar qəbul etdi ki, bağlı məntəqələri açsın. Gələcəkdə mütləq fəal işləyəcəyik. Xatırladım ki, proses komissiyalarda olan dəyişikliklərə görə yubanmışdı”, – Zalkaliani bəyan etdi.