David Zalkaliani ATƏT-in baş katibi ilə görüşdü
David Zalkaliani ATƏT-in baş katibi ilə görüşdü

Avropa Şurası nazirlər komitəsinin sədri, Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani Vyanaya səfəri çərçivəsində, ATƏT-in baş katibi, Tomas Qreminqer ilə görüşdü.

Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, tərəflər Avropa Şurası və ATƏT-in əməkdaşlığını müzakirə etdilər.

İdarənin məlumatına görə, görüş çərçivəsində tərəflər ikitərəfli formatda Gürcüstan-ATƏT əməkdaşlığı məsələsini də müzakirə etdilər. İşğal olunmuş ərazilərdə mövcud duruma və işğal rejiminin hərəkətlərinə xüsusi diqqət yetirildi. Söhbət, həmçinin Cenevrə danışıqlarının işinə aid oldu.

Səfər çərçivəsində, David Zalkaliani Avropa Şurası sədri vəzifəsində ATƏT-in daimi komitəsinin iclasında nitqlə çıxış etdi.

Şərh yaz