David Zalkaliani AŞPA-nn qış sessiyasında nitqlə çıxış edəcək
David Zalkaliani AŞPA-nn qış sessiyasında nitqlə çıxış edəcək

Avropa Şurası nazirlər komitəsində Gürcüstanın sədrliyi çərçivəsində, Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani bu gün Strasburqda, Parlament Assambleyasının qış sessiyasında nitqlə çıxış edəcək.

Gürcüstan Xarici İşlər Nazirliyinin məlumatına görə, David Zalkaliani Parlament Assambleyasına hesabat dövründə nazirlər komitəsi tərəfindən həyata keçirilmiş fəaliyyətin hesabatını təqdim edəcək. Nazir həmçinin Gürcüstanın sədrliyi prioritetləri barəsində söhbət edəcək və Parlament Assambleyası üzvlərinin suallarına cavab verəcək.

Bununla yanaşı, 30 yanvarda Vyanada, Avropa Şurası sədrliyi çərçivəsində, Gürcüstan Xarici İşlər naziri ATƏT-in daimi şurasının iclasında təqdim olunacaq. David Zalkaliani Avropa Şurasında Gürcüstanın sədrliyi prioritetlərini təqdim edəcək.

Strasburqa səfər çərçivəsində, Gürcüstanın turist potensialını əks etdirən “Georgia in Winter” adlı fotosərgi planlaşdırılıb. Bundan başqa gürcü dizayneri, Keti Çxikvadzenin yaz-yay kolleksiyasının göstərişi keçiriləcək.

Bununla yanaşı, Strasburqa Gürcüstan prezidenti də gedəcək. Yanvarın 28-də Salome Zurabişvili Parlament Assambleyasının sessiyasına nitqlə müraciət edəcək.