David Zalkaliani ABŞ-da din azadlığına həsr olunmuş ministerialda iştirak edəcək
David Zalkaliani ABŞ-da din azadlığına həsr olunmuş ministerialda iştirak edəcək

Gürcüstan Xarici İşlər naziri, David Zalkaliani Amerikanın dövlət katibi, Mayk Pompeonun şəxsi dəvəti ilə bu gün Amerika Birləşmiş Ştatlarına səfər edəcək. Burada o, din azadlığına həsr olunmuş ministerialda iştirak edəcək.

Gürcüstan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, ministerialda müasir dünya qarşısında duran çağırışlar, dini dözümsüzlük və diskriminasiyaya qarşı mübarizə yolları müzakirə olunacaq.

Ministerial çərçivəsində Gürcüstan Xarici İşlər naziri öz xarici həmkarları ilə ikitərəfli görüşlər keçirəcək.

Zalkalianinin ABŞ-a səfəri iyulun 19-da başa çatacaq.