David Sergeenko vətəndaşlara məsləhət edir ki, tərkibində "Valsartan" olduğu, hansı preparatların qadağan edildiyini dəqiqləşdirsinlər və həkimin məhləhəti ilə həmin preparatı başqa preparatla əvəz etsinlər
David Sergeenko vətəndaşlara məsləhət edir ki, tərkibində "Valsartan" olduğu, hansı preparatların qadağan edildiyini dəqiqləşdirsinlər və həkimin məhləhəti ilə həmin preparatı başqa preparatla əvəz etsinlər

Səhiyyə Naziri əhaliyə müraciət edir ki, tərkibində “valsartan” olduğu preparatlarla müalicə edən insanlar, müalicələrini kəsməsinlər, sadəcə olaraq, həkimin məhləhəti ilə, aldıqları preparatları başqası ilə əvəz etsinlər.

Səhiyyə Naziri bu bəyanatı Tibbi Fəaliyyətin Dövlət Requlyasiyaları Agentliyinin qərarı ilə bağlı verdi, hansı ki, bazardan Zhejiang Huahai Pharmaceuticals tərəfindən istehsal edilən Valsartan tərkibli 42 preparatın realizasiyanın dayandırılmasını tələb etdi. Bunlar əsasən təzyiq düşürən preparatlardır.

David Sergeenkonun bəyanatına görə, “Valsartan” maddəsi təhlükəsiz və arterial təzyiqin müalicəsi üçün çox effektivdir.

“Sadəcə olaraq, aşkar olundu ki, şirkətlərdən birinin istehsal etdiyi Valsartanla bağlı müəyyən suallar yarandı. 2012-ci ildən keçirilən tədqiqata əsasən, deyildi ki, tərkibində valsartan olan preparatlar onkologiya xəstəliklərinə səbəb ola bilərlər, ancaq bunun üçün insanlar gərək 7 ildə, həmin preparatların ikiqat dozasını qəbul edələr. Və bu halda da, 5 min nəfərdən 1-ndə onkologiya xəstəliyi yarana bilər” – dedi Səhiyyyə Naziri.

Nazirin dediyinə görə, bütün bunlara baxmayaraq, valsartana qoyulan requlyasiyalar çox sərtdir və onun istifadədən qaldırılması ilə bağlı rekomendasiyalar verildi.

Gürcüstana isə, müvafiq rekomendasiya avqustun 2-də gəldi və dərhal yayıldı.

Nazirin dediyinə görə, müvafiq sualların yaranması demək deyil ki, preparat dərhal onkologiya xəstəliyini yaradır.

“Bu prepartlardan istifadə edən vətəndaşlar, həkimin məsləhəti ilə, onu əvəz edən başqa preparatlar qəbul etsinlər” – dedi nazir.

Söhbət təzyiq düşürən 42 preparatın qadağan edilməsindən gedir.

Şərh yaz