David Sergeenko - Kaxaber Sabanadzenin istefası detallarını bilmirəm, lakin əhəmiyyətlidir ki, yayılan gizli dinləmə mövzusu təfərrüatlı açıqlansın və lazım olduğu təqdirdə, araşdırılsın
David Sergeenko - Kaxaber Sabanadzenin istefası detallarını bilmirəm, lakin əhəmiyyətlidir ki, yayılan gizli dinləmə mövzusu təfərrüatlı açıqlansın və lazım olduğu təqdirdə, araşdırılsın

Kaxaber Sabanadzenin istefası detallarını bilmirəm, lakin əhəmiyyətlidir ki, media vasitəsilə yayılan gizli dinləmə mövzusu təfərrüatlı açıqlansın və lazım olduğu təqdirdə, araşdırılsın, – bu barədə Parlamentin vitse-spikeri, David Sergeenko mövzunu şərh edərkən bəyan etdi.

“Bu barədə səhər media vasitəsi ilə bildim. Təəsssülər ki, başqa detalları bilmirəm, lakin əsas mövzu mediada yayılan gizli dinləmə mövzusudur.

Mənim fikrimcə, əhəmiyyətlidir ki, media vasitəsilə yayılan gizli dinləmə mövzusu təfərrüatlı açıqlansın və lazım olduğu təqdirdə, araşdırılsın,

Kaxaber Sabanadze Daxili İşlər naziri vəzifəsini tərk etdi. Bu barədə Sabanadze “feysbuk” sosial şəbəkəsində yazdı.

“Soz zamanlar mediada yayılmış süjetlərə əks səda vermək və qeyd etmək istəyirəm ki, illər ərzində dövlətə xidmət və qanunu müdafiə edirdim. Düşünürəm ki, yuxarıda qeyd olunan faktlara araşdırma lazımdır. Müvafiq olaraq həqiqəti müəyyən edən dolğun və obyektiv istintaq keçirilməlidir. Qeyd olunanlardan irəli gələrək, istintaq prosesinə qarşı etimadın təmin edilməsi məqsədilə, vəzifəmi tərk edirəm! Düşünürəm, bu hamı üçün presedent olacaq ki, ictimaiyyətdə yaranan suallar halında məsuliyyətin yüksək standartları ilə hərəkət etsin”, – Sabanadze qeyd etdi.