David Sergeenko - infeksiya xəstəxanası yeni binaya 2019-cu ilin sonunda keçəcək
David Sergeenko - infeksiya xəstəxanası yeni binaya 2019-cu ilin sonunda keçəcək

İnfeksiya xəstəxanası yeni binaya 2019-cu ilin sonunda keçəcək, – bu haqqda səhiyyə naziri David Sergeenko bəyan etdi.

Onun qeyd etdiyinə görə bu mərhələdə xəstəxana infrastruktur baxımından çox ağır durumdadır və yeni binaya keçənə qədər, nazirlik pul ayırdı ki, mpvcud olan bina təmir olunsun.

“Bu mərhələdə infeksiya xəstəxanası infrastruktur baxımından həqiqətən çox ağır durumdadır. Yer artıq seçilibdir – Lyubliananın tibb müəssisələri klasterində. Layihələşdirmə işlərinə artıq başlanıb və tezliklə başa çatacaq. Yeni klinika 2019-cu ilin sonunda hazır olacaq. Ona qədər pul ayırdıq ki, mövcud olan bina təmir və tibb aparatları ilə təchiz olunsun”, – Sergeenko bəyan etdi.