David Çiçinadze - Mamuka Mdinaradze "Gürcü Arzusu" fraksiyası sədrliyini tərk etməlidir
David Çiçinadze - Mamuka Mdinaradze "Gürcü Arzusu" fraksiyası sədrliyini tərk etməlidir

Parlament çoxluğunun üzvü, David Çiçinadze düşünür ki, “Gürcü Arzusu” fraksiyasının sədri Mamuka Mdinaradze tutduğu vəzfəni tərk etməlidir.

Çiçinadzenin Birinci Kanala bəyan etdiyinə görə, Mamuka Mdinaradzenin fraksiya sədri olması qeyri ciddi qərardır.

“Mamuka Mdinaradze ki, deyib parlamentin sədrinin istefası barəsində David Çiçinadzenin bəyanatı qeyri ciddidir, Mamuka Mdinaradzenin fraksiya sədri olması qeyri ciddi qərar budur. Nə deməkdir nədən narazıyam? Əgər bir insan başa düşmədisə ki, fraksiya sədri kimi təyin edib və baş nazirə qarşı bəyanatlar etməməlidir, nədən danışım? Fraksiya baş nazir və hökumət komandasının dəstəyi üçün yaradılıb. Onun mənəvi haqqı yoxdur ki, fraksiyanın sədri olsun”, – Çiçinadze bəyan etdi.

Suala ki, Mamuka Mdinaradzenin vəzəfəsində kənarlaşdırılması məsələsini gündəmə irəli sürəcək ya yox, Çiçinadze cavab veriri ki, Mamuka Mdinaradze bəyanatı ilə özü bunu irəli sürdü.

“Əgər sən “Gürcü Arzusu” fraksiyasının sədrisən və baş nazirə əks bəyanatlar veririsəndə, sənin bu vəzəfədə qalmağa mənəvi haqqın yoxdur. “Gürcü Arzusundan” çıxsınlar və 2020-ci ildə müstəqil olaraq seçkilərdə iştirak etsinlər. Əgər konstitusiya çoxluğunu əldə etsələr bu vəzifəsi sonra bölüşdürsünlər”, – Çiçinadze bəyan etdi.