David Dondua - Cenevrə danışıqları zamanı rus tərəfi ilə Arçil Tatunaşvilinin orqanlarının verilməsi məsələsi barəsində söhbət edəcəyik
David Dondua - Cenevrə danışıqları zamanı rus tərəfi ilə Arçil Tatunaşvilinin orqanlarının verilməsi məsələsi barəsində söhbət edəcəyik

Cenevrədə, Arçil Tatunaşvilinin, yenə də açıq qalan, qətli barəsində söhbət edəcəyik, – bu barədə Gürcüstan Xarici İşlər Nazirinin müavini, David Dondua bəyan etdi. Onun dediyinə görə, bu iş sonuna qədər aparılmayıb və cinayətkarlar cəzalandırılmayıblar.

“Biz burada və bütün formatlarda hər şeyi edirik ki, cinayətkarlar cəzalandırılsınlar, məhkəmə qarşısında dayansınlar və bütün suallara cavab verilsin. Öncəki raundda da bu mövzu barəsində sərt söhbət etdik. Təəssüflər ki, bu istiqamət üzrə irəliləyiş yoxdur. Cinayətkarlar yenə də cəzalandırılmayıblar”, – Dondua bəyan etdi.

Xarici İşlər Nazirinin müavininin qeyd etdiyinə görə, danışıqların həmsədrləri və həmmoderatorları ilə artıq görüşləri oldu.

“Onlardan tam dəstəyimiz var. Onlar bütün prioritetlərimizlə razılaşırlar. Rus tərəfi ilə sabah, Arçil Tatunaşvilinin orqanlarının verilməsi məsələsi barəsində söhbət edəcəyik”, – Dondua bəyan etdi.