Dalya Qribauskayte Salome Zurabişviliyə Didi Diğomidə baş verən faciəyə görə başsağlığı verdi
Dalya Qribauskayte Salome Zurabişviliyə Didi Diğomidə baş verən faciəyə görə başsağlığı verdi

Litva prezidenti Dalya Qribauskayte, Litva xalqı adından Gürcüstan prezidenti Salome Zurabişviliyə, Didi Diğomidə baş verən faciəyə görə başsağlığı verdi. Bəyanat Litva prezidentinin rəsmi vebsəhifəsində dərc olunub.

Partlayış Tbilisidə, Didi Diğomidə dünən baş verdi. Hadisə nəticəsində dörd nəfər həlak oldu. Səkkiz nəfər xəsarət alıb. Hazırda bir azyaşlı uşaq xəstəxanada qalmaqdadır. Partlayış nəticəsində zərər çəkənləri Meriya mehmanxanalara yerləşdirdi. İlkin məlumata görə, partlayış qazın sızması nəticəsində baş verdi. İstintaq aparılır.