Daxili İşlər Nazirliyi polis nəzarəti nəticəsində 69 nəfəri yaxaladı (video)

Daxili İşlər Nazirliyi 22-23 dekabrda bütün Gürcüstan miqyasında həyata keçirilmiş polis nəzarəti nəticəsi barəsində məlumat yayır.

“Tədbir nəticəsində cəmi 69 nəfər yaxalandı, o cümlədən cinayətin törədilməsinə görə 32, buradan odlu silahın qeyri qanuni əldə edilməsi-saxlanılması gəzdirilməsi üçün 6, narkotiklərin qeyri qanuni əldə edilməsi-saxlanılması 12. Həmçinin xırda xuliqanlığa və polisə müqavimət faktı üzrə inzibati qayda ilə 37 nəfər yaxalandı.

Bundan başqa müxtəlif cinayətə görə axtarışda olan 4 nəfər yaxalandı.

Müxtəlif növlü narkotik vasitələr və 50 odlu silah çıxarılıb. O cümlədən könüllü şəkildə 16 təhvil verilib. Həmçinin 33 əlqumbarısı, 12 kapsul-detanator və 2278 güllə.

Polis nəzarəti əksər hallarda səthi yoxlamanı nəzərdə tutur və ictimaiyyətin təhlükəsizliyinin və qayda qanunların müdafiəsinə xidmət edir.

Polis nəzarəti zamanı cəmi 36 330 şəxs yoxlanıldı”, – DİN-in məlumatında deyilir.