Daxili İşlər Nazirliyi "Gürcüstan Bankının" ofisində girov götürülən yenə iki nəfərin azad olunmasının videosunu yayır

Daxili İşlər Nazirliyi Zuqdidi şəhərində, “Gürcüstan Bankının” ofisində girov götürülən yenə iki nəfərin azad olunmasının videosunu yayır.

Hüquqmühafizəçilər “Gürcüstan Bankında” soyğunçu tərəfindən girov götürülən yeni iki nəfəri azad etdilər.

Silahlı şəxs bankın ofisində 19 nəfəri girov götürmüşdü.

Hüquqmühafizəçilərin yardımı ilə, filialdan bir neçə girov çıxarıla bildi.

Zuqdididə, “Gürcüstan Bankı”-nın ofisinə silahlı şəxsin daxil olub, insanları girov aldığı ilə bağlı məlumatı Daxili İşlər Nazirliyi bir neçə saat öncə yaydı.