Daxili İşlər Nazirliyi Badri Esebuanın fotosunu yayır
Daxili İşlər Nazirliyi Badri Esebuanın fotosunu yayır

Daxili İşlər Nazirliyi Badri Esebuanın fotosunu yayır. İdarənin məlumatına görə, Zuqdididə “Gürcüstan Bankına” hücumu Badri Esebua həyata keçirdi.

Gürcüstan Daxili İşlər naziri müavini, Vladimer Bortsvadzenin Sameqrelo-Zemo Svaneti Dairə Polisində brifinqdə bəyan etdiyinə görə, onun olduğu yerin müəyyənləşdirlməsi və yaxalanması məqsədilə, polis operativ, istintaq və axtatış tədbirlərini fəal davam etdirir.

Daxili İşlər Nazirliyi tərəfindən 25 oktyabrda edilən çağırışa və bu çağırşın mətninə baxmayaraq, müəyyən media vasitələri Zuqdididə “Gürcüstan Bankına” hücumda müəyyən edilən şəxsin foto və kimliyi barəsində məlumatı, Daxili İşlər Nazirliyi təsdiq edənə qədər yaydılar.

Bir daha hamıya müraciət edirik, bənzər ağırlıqda cinayət barəsində məlumatın məqsədyönlü yayılması, intensiv tədbirlərə paralel olaraq, istintaq prosesinə, cari və planlaşdırılmış polis tədbirlərinə maniəçilik törədir. İctimaiyyət üçün artıq müəyyən edilmiş şəxsin kimliyinin məlum olmasına görə, Daxili İşlər Nazirliyi, onun barəsində məlumat yayır. Polis tərəfindən həyata keçirilən tədbirlər nəticəsində, hücumda iştirak edən şəxs müəyyənləşdirilib – o, 1988-ci il təvəllüdlü Badri Esebuadır. Onun olduğu yerin müəyyənləşdirlməsi və yaxalanması məqsədilə, polis operativ, istintaq və axtatış tədbirlərini fəal davam etdirir. İstintaq Gürcüstan Cinayət Məcəlləsinin 236, 323 və 329-cu maddələri ilə aparılır”, – Vladimer Bortsvadze bəyan etdi.

Şərh yaz