Daxili İşlər Nazirliyi 24 ev soyğunu faktını aşkarladı, 2 nəfər həbs edilib
Qldani-Nadzaladevi Polis Departamentinin əməkdaşları 24 evin soyğununda ittiham edilən iki nəfəri: 1981-ci il təvəllüdlü А.К. və 1984-cü il təvəllüdlü A.T.-yi həbs etdilər.
Nazirliyin məlumatına görə, qeyd olunan cinayən 3-dən 7 ilə qədər həbs cəzasını nəzərdə tutur.
Hüquqmühafizəçilər şübhəliləri Didi Diğomidə, Vepxvistkaosani küçəsində, bir binanın səkkiz mənzilindən oğurlanan əşyaları Range Rover markalı maşına yükləyərkən yaxaladılar.
A.K-ya aid olan maşında həmçinin qapı kilitlərini açan xüsusi qurğular da tapıldı.
İstintaq nəticəsində məlum oldu ki, həbs edilən şəxslər son üç ay ərzində, Tbilisinin müxtəlif rayonlarında 24 ev soyublar.