Daba Ureki və Şekvetilidə turizm mövsümünə hazırlaşırlar
Daba Ureki və Şekvetilidə turizm mövsümünə hazırlaşırlar

Quriyada turizm mövsümünə hazırlaşırlar. Ozurqeti munisipalitetinin Ureki və Şekvetilidə müxtəlif növ işlər görülür. Həm sahil zolağı, həm də ətraf ərazilər və şam meşəsi təmizləndi.

Kurort zonasında mövcud durumla Quriya qubernatorunun birinci müavini, Akaka Şenqelaiya Ozurqeti meri, Konstantine Şaraşenidze ilə birlikdə tanış oldu.

Yerli hakimiyyətin məlumatına görə, bənzər aksiyalar müntəzəm olaraq keçiriləcək.