Co Bayden prezident vəzifəsində ilk sərəncama imza atdı
Co Bayden prezident vəzifəsində ilk sərəncama imza atdı

ABŞ prezidenti, Co Bayden ilk sərəncama izma atdı.

Kapitoli binasında, prezident otağında Co Bayden andiçmə günü, nazirlər kabinetinin üzvləri və onların müavinlərinin təsdiq olunması barəsində sənədləri imzaladı.

“CNN”-nin məlumatına görə, ABŞ-ın 46-cı prezidenti tezliklə silahlı qüvvələrin hazırlığını yoxlayacaq. Sonra isə, Arlinqton Qəbiristanlığında naməlum əsgərin məzarına gül-çiçək dəstələrini aparacaq. Məlum olduğu kimi, Arlinqton Qəbiristanlığına onunla birlikdə keçmiş prezidentlər – Bill Klinton, Corc Buş və Barak Obama gedəcəklər.

Şərh yaz