Co Bayden ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri vəzifəsinə Samanta Paueri təqdim etdi
Co Bayden ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin rəhbəri vəzifəsinə Samanta Paueri təqdim etdi

Co Bayden ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyinin (USAID) rəhbəri vəzifəsinə Samanta Paueri təqdim etdi.

“Pauer bizim partnyorlarımızla koronavirus pandemiyası ilə mübarizə, müdafiəsiz qruplarının müdafiəsi üçün işləyəcək. Hər bir insanın dəyərləri üçün, Amerika idealı və maraqlarının irəli sürülməsi üçün mübarizə aparacaq”, – bəyanatda deyilir.

Samanta pauer həmçinin, Ağ Evin Milli Təhlükəsizliyi Şurasının üzvü olacaq.

Xatırladaq ki, Pauer ABŞ-ın 44-cü prezidenti, Barak Obamanın administrasiyası dövründə BMT-də ABŞ-ın daimi nümayəndəsi vəzifəsini tuturdu.

Şərh yaz