Çinin Yancou şəhərindən Gürcüstanın üç vətəndaşı Tbilisiyə qayıtdı
Çinin Yancou şəhərindən Gürcüstanın üç vətəndaşı Tbilisiyə qayıtdı

Çinin Yancou şəhərindən Gürcüstanın üç vətəndaşı Tbilisiyə qayıtdı. Onlar uçuşların qadağan edilməsinə görə qayıda bilmirdilər. İqtisadiyyat və Davamlı İnkişaf Nazirliyinin tapşırığı ilə, Gürcüstana onların qayıtmalarını “Gürcüstan Aeroportlar Birliyi” təmin etdi.

“Gürcüstan Aeroportlar Birliyinın” məlumatına görə, Luka Buxraşvili, Nino Vaşalomidze və Ani Tatişvili Pekindən Tbilisiyə “Fly Dubai” ilə qayıtdılar.

Gürcüstanın Birinci Kanalının jurnalistinin məlumatına görə, onlar Tbilisi Beynəlxalq Aeroportunda xüsusi yoxlamadan keçirlər.

Çindən gələn vətəndaşları Şota Rustaveli adına Tbilisi Beynəlxalq Aeroportunda “Gürcüstan Aeroportlar Birliyinın” direktoru, Tamar Arçuadze qarşıladı.

Xatırladaq ki, Gürcüstanda koronavirusun mümkün yayılmasının prevensial tədbirləri çərçivəsində, yanvarın 29-dan Çindən birbaşa uçuşlar müvəqqəti dayandırıldı.