Çində son 24 saat ərzində koronavirusun 22 yeni halı aşkar edildi
Çində son 24 saat ərzində koronavirusun 22 yeni halı aşkar edildi

Çində son 24 saat ərzində koronavirusun 22 yeni halı aşkar edildi. O cümlədən 13 hal Pekində qeydə alındı. Məlumatı “Qardian” yayır.

Epidemiyanın təkrar yayılmasına görə, Çinin paytaxtında vətəndaşların bir yerdən başqa yerə getməyi məhdudlaşdırılıb. Sanitar tədbirlər də sərtləşdirilib.

Xatırladaq ki, Çində virusun təkrar halları iyunun əvvəlində aşkar olundu. Bundan sonra Pekinin iki milyona qədər vətəndaşına koronavirus üzrə test edildi.