Çində koronavirus ilə həlak olanların sayı 106-ə qədər artdı, yoluxanların sayı isə, ikiqat oldu
Çində koronavirus ilə həlak olanların sayı 106-ə qədər artdı, yoluxanların sayı isə, ikiqat oldu

Çində koronavirusun yeni növü ilə həlak olanların sayı 106-ə qədər artdı. “BBC”-nin məlumatına görə, son 24 saat ərzində yoluxanların sayı demək olar, ikiqat oldu və koronavirusa təsdiq olunmuş yoluxanların sayı 4 515 nəfəri təşkil edir. Çin hökumətinin rəsmi göstəriciləri ilə 976 insanın sağlamlıq durumu kritikdir. Həlak olanların əksəriyyəti yaşlı və respirator probemləri olan insanlardır.

Virusun yayılmasının prevensiyası məqsədi ilə, Çin hakimiyyəti səyahətə əlavə məhdudiyyətlər tədbiq edir.

Çin hakimiyyəti Xubey vilayətindən xarici ölkə vətəndaşlarının çıxarılması planını bu vaxta qədər işləyib hazırlamayıb.

Dünya Səhiyyə Təşkilatının göstəricilərinə görə, Çindən xaricdə koronavirusun yeni növü ilə yoluxmanın 47 halı qeydə alındı. Yoluxmanın son halı Almaniyada qeydə alındı.

Şərh yaz