Cənubi Koreya hakimiyyəti bəyan edir ki, ölkədə koronavirusun ikinci dalğası yayıldı
Cənubi Koreya hakimiyyəti bəyan edir ki, ölkədə koronavirusun ikinci dalğası yayıldı

Cənubi Koreya hakimiyyəti bəyan edir ki, ölkədə koronavirusun ikinci dalğası yayıldı. Bu barədə “BBC” yazır. Son 24 saat ərzində “COVID-19”-un 17 yeni halı qeydə alındı. Onların hamısı böyük ofis və anbarlarda aşkar olundu.

Hökumət bəyan edir ki, düzdür virusa yoluxanların sayı azdır, lakin kiçik ölçülü klasterlərlə hökümətin bir neçə ay mübarizə aparması mümkündür.

“İlk başdan biz güman edirdik ki, ikinci dalğa payızda və ya qışda başlayacaqdı, lakin proqnozlarımız doğrulmadı. İkinci dalğa mayda, Seuldan başladı”, – Xəstəliklərə Nəzarət Mərkəzində bəyan etdilər.

Hazırda Cənubi Koreyada koronavirusun 12 438 halı qeydə alınıb. 10 mindən artıq insan sağalıb. 280 pasiyent vəfat edib.